Freddi Merkuri HARADA dəfn olunub? Bunu TƏK O BİLİR...
Bizi izləyin

Maraq dünyası

Freddi Merkuri HARADA dəfn olunub? Bunu TƏK O BİLİR...

Əfsanəvi “Queen” rok qrupunun üzvü, sönməyən ulduz Freddi Merkuri haqda danışacam sizə. Həyatı qarmaşalarla dolu, Ledi Diananın yaxın dostu, sirdaşı bir sözlə dahi vokal ustası Freddi...

1991-ci ildə Merkuri dövrümüzün bəlası sayılan QİÇS-ə yenilir. Günü bu gün də sevgilisi Meri Ostindən başqa heç kim əfsanənin harada dəfn olunduğunu bilmir.

Meri Freddinin həm ilham pərisi, həm də ən böyük məhəbbəti idi. Freddi bütün mahnılarını ona həsr edir, sirlərini yalnız onunla bölüşürdü. Məhz Meri Merkurinin yeganə varidatı və son arzusunu yerinə yetirən qəhrəmanı idi. Freddi dəfn olunacağı yerdən heç kimin xəbər tutmağını istəmirdi. Meri isə onun bu arzusunu gerçəkləşdirdi...

Ölümünə yaxın Freddi Meriyə deyir: - İstəsəm, Misirin piramidasını da Keninqstona gətirə bilərəm. Amma buna ehtiyacım yoxdur. Həqiqətən Freddi ölümüdən sonra tamamilə itib-batmağı arzulayırdı. Yəqin ki, sözün həqiqi mənasında nur içində yatmaq istəyirmiş.

Əslində isə o, cəsədinin qəbirdən çıxardılıb suvenir kimi evləri bəzəyəcəyindən qorxurdu.

Meri sevgilisinin ən böyük istəyini yerinə yetirir. 24 noyabr 1991-ci ildə Freddi bu dünyadan əbədi köçür. Meri Ostin həm dünya şöhrətli ulduzun yasını tutur, həm də onun son arzusunu gerçəkləşdirmək üçün ilk addımı atır. Freddi istəyirdi ki, dəfn mərasimi olduqca sadə təşkil edilsin. Əcdadları kimi zərdüşt adətlərinə uyğun qədim Avesta dilində səslənən dualarla son mənzilə köçsün.

Vida mərasimi Freddinin vəsiyyətinə uyğun baş tutur. Onu məzara yola salanlar arasında Elton Con da vardı.

Ayin bitəndən sonra Meri sevimli Merkusinin külü ilə dolu dolçanı öz yataq otağına gətirir. Lakin uzun müddət acı xatirələrlə dolu həmin otağa girməyə cəsarət etmir.

Yalnız iki il sonra Ostin gücünü toplayıb sevgilisinin külünü təyinat nöqtəsinə, yəni hamıdan gizlədiyi məzarına aparır.

Meridən hər dəfə həmin günlə bağlı xatirələrini soruşanda cavabı belə olurdu:

- Həmin gün evdən elə çıxdım ki, nə xidmət personalı, nə də qonşular şübhələnsin. Bilirsiniz də, cüzi narahatlıq dedi-qoduya, medianın xəbər tutmasına səbəb ola bilərdi. Bu isə hər şeyin sonu demək idi.

Freddi qorxurdu ki, fanatları məzarını darmadağın edərlər. Çünki belə faktlar az deyil. Meri əhdinə sadiq qalır. Bugünədək Freddinin harda basdırıldığını Meridən başqa heç kim bilmir. Meri Freddinin valideynlərini son duaya çağırsa da, dəqiq dəfn ərazisini onlardan gizlədir. Bəli, əfsanəvi vokalçının son mənzilini bu dünyada bilən yeganə insan Meridir.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm