150 illik gəlinlik - FOTO
Bizi izləyin

Maraq dünyası

150 illik gəlinlik - FOTO

Türkiyənin Rizə bölgəsində maraqlı hadisə yaşanıb.

Publika.az xəbər verir ki, Rizənin Pazar mahalında təşkil edilən "Sandıqdan Səhnəyə" adlı dəfilədə modellər yerli geyimləri təqdim ediblər.

Bu zaman 150 illik çiçəkli gəlinlik diqqəti özünə çəkməyi bacarıb.

Belə ki, səhnəyə çıxan 62 yaşlı Semahat Demirci böyük alqışlar altında əsryarımlıq qırmızı gəlinliyi tamaşaçılara təqdim edib. Geyimin 52 fərqli parçadan hazırlanması da nəzərlərdən yayınmayıb.

O, bu qiymətli geyimin nənəsinin nənəsindən qaldığını bildib.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm