Bu gün Sülh üzrə “Nobel”in qalibi açıqlanacaq: Namizədlər arasındakı AZƏRBAYCANLI kimdir?
Bizi izləyin

Maraq dünyası

Bu gün Sülh üzrə “Nobel”in qalibi açıqlanacaq: Namizədlər arasındakı AZƏRBAYCANLI kimdir?

Bu gün Sülh üzrə Nobel Mükafatının nəticələri açıqlanacaq. Budəfəki namizədlər arasında azərbaycanlı da olub. Söhbət bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadədən gedir. Amma ehtimal edilir ki, “Çeçenistanda müharibənin dayandırılması” və “Aşura günü qanvermə aksiyalarının təşkili”, “tarixdə ilk dəfə şiə və sünni məzhəbi arasında Vəhdət namazı ideyası və onun praktikada geçəkləşdirilməsi”nə görə, ali mükafata namizədliyi irəli sürülən Şeyx həzrətlərinin şansı o qədər də yüksək deyil.

Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, tarix elmləri doktoru Bəybala Ələsgərov Publika.az-a açıqlamasında bildirib ki, Hacı Allahşükür Paşazadənin Sülh üzrə Nobel Mükafatına namizədliyi gələn il də veriləcək.

Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti Bəybəla Ələsgərov bildirib ki, hər şey gizli səsvermədə həll olunur:

“Namizədlər arasında Şeyx də olub. Amma Şeyx həzrətlərinin yenə də bu istiqamətdə namizədliyi qalacaq. Namizədlərin nə qədər səs toplaması da gizli saxlanılır. Ona görə də Şeyxin nə qədər səs topladığından xəbərsizik. Bu gün sülh üzrə mükafatın qalibi Osloda açıqlanacaq. Növbəti ildə Azərbaycandan həm Allahşükür Paşazadənin, həm də professor Yaşar İbadovun namizədliyi gələn il də irəli sürüləcək. Şeyxin şansları böyükdür. Amma elə məqamlar var ki, tam şəkildə həyata keçirilmir. Ötən il Sülh üzrə Nobel Mükafatını tatar kökənli Dimitri Muradov alıb. O da Çeçenistanda baş verən hadisələrdəki sülhməramlı missiyasına görə, bu mükafata layiq görülüb. Mən onunla əlaqə yaratdım. Mən ona dedim ki, Şeyx həzrətləri Çeçenistanın Milli Qəhrəmanıdır. Komandor ordeninə layiq görüldüyünü söylədim. O, bu faktları bilmirdi. Mən Dimitri Muradova dedim ki, mənə köməklik etsin, Şeyxi bir az qabağa verək. Bu dəfə məni çağırdılar, amma maliyyə problemlərinə görə, gedə bilmədim. Gələn il dekabrın 10-dan sonra onunla güclərimizi birləşdirib Şeyxin namizədliyini yenidən və daha tutarlı formada irəli sürəcəyik”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm