Qoyunların 12 gün fasiləsiz fırlanmasının sirri açıldı - VİDEO
Bizi izləyin

Maraq dünyası

Qoyunların 12 gün fasiləsiz fırlanmasının sirri açıldı - VİDEO

Çinin Baotou şəhərində çəkilmiş video bütün dünyada böyük əks-səda doğurub və qısa zamanda milyonlarla insan tərəfindən izlənilib.

Publika.az xəbər verir ki, fermada lentə alınan və sosial mediada yayılan videoda qoyun sürüsü 12 gün fasiləsiz dövrə vurur.

Fermer Miao bildirir ki, əvvəlcə bir neçə qoyun dövrə vurmağa başlayıb. Daha sonra qalanları da onlara qoşulub.

Hər kəsi, xüsusən də çobanları şoka salan bu qəribə vəziyyətlə bağlı çoxlu fikirlər irəli sürülüb. Vəziyyətin bakterial xəstəlikdən qaynaqlandığı iddia edilsə də, heyvanların tamamilə sağlam olduğunun açıqlanması bu sirri daha da artırıb.

Qoyunların niyə 12 gündür dövrə vurması ilə bağlı müzakirələr böyüdükcə, yeni bir nəzəriyyə diqqət çəkib. İngiltərədəki Hartpuri Universitetinin Kənd təsərrüfatı fakültəsindən professor Mett Bell qoyunların bu davranışı ilə bağlı elmi fikir irəli sürüb.

Bell, "görünür, qoyunlar uzun müddət eyni ərazidə olduqları üçün əsəbidirlər və eyni hərəkəti təkrarlayırlar" deyib. Bell, bəzi heyvanların daim dar bir sahədə sıxışdıqları üçün hirsləndiklərini və sürüdəki digər qoyunların da onların arxasınca getdiklərini bildirib.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm