Maraq dünyası
Məmurlara "TikTok" qadağası qoyuldu

ABŞ-ın Cənubi Dakota ştatında Çin mənşəli sosial media platforması “TikTok”un istifadəsinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul olunub.
Publika.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Kristi Noem ictimaiyyətə məlumat verib.
Qərara əsasən, ştat daxilində dövlət qurumlarının işçilərinə xidməti elektron cihazlar vasitəsilə “TikTok”a daxil olmaq qadağan edilib.
Qubernator bu qərarı təhlükəsizlik məqsədləri ilə əsaslandırıb. Onun sözlərinə görə, “TikTok” Çin Kommunist Partiyası üçün informasiya toplanmasına və ələ keçirilən məlumatların bazaya ötürülməsinə xidmət edən vasitədir.
“Cənubi Dakota bizə nifrət edən dövlətlərin kəşfiyyat məlumatları toplaması əməliyyatlarının bir parçası ola bilməz”, - deyə Noem qeyd edib.
Tural

-
Rəsmi xronika17:23
Prezident fərman imzaladı
-
Magazin116:52
“Əli Mirəliyevə deyirdin ki, “şpaqat” aç” - Efirdə gərginlik
-
Sosial16:15
Şəhərlərarası gediş haqqı da bahalaşdı
-
Magazin115:23
Van Dammın azərbaycanlı gəlini Amerikada şok yaşadı: "İlk ayda..." - VİDEO
-
Art14:05
Fəxrəddin Manafov rus serialında - Video
-
İdman13:43
Messinin qızıl butslarını kim götürüb? - Başqasının əlinə keçsəydi...
-
Sosial12:48
Aparıcı ilə nişanlanan tanınmış həkim uşaqlarına aliment vermir? - VİDEO
-
Nida Xəbər 12:22
Azərbaycan Ermənistana qarşı: bu gün dinləmələr başlayır