BƏƏ-də istirahət etmək istəyən deputatı belə aldatdılar
Bizi izləyin

Maraq dünyası

BƏƏ-də istirahət etmək istəyən deputatı belə aldatdılar

Rusiyalı deputatlar turagent tərəfindən aldadılıb.

Publika.az “Lenta.ru”ya istinadən xəbər verir ki, Kalininqradın keçmiş rəhbəri və Dövlət Dumasının deputatı Aleksandr Yaroşuk, şəhər şurasının deputatı Aleksandr Kolodyajnı və "Kalininqradteploset" şirkətinin keçmiş direktoru Eduard Kurovski 2022-ci ilin sonunda Yeni il bayramlarını ailələri ilə birlikdə BƏƏ-də qeyd etməyi planlaşdırıblar.

Onlar sifariş vermək üçün “Star Travel” turizm agentliyinin direktoru Aleksandr Şabanova müraciət ediblər. Yaroşuk beşulduzlu "Jumeirah Al Naseem" otelində qalmaq üçün 3,5 milyon rubl, Kolodyajnı və Kurovski isə Palm adasında "Kempinski" premium otelində dincəlmək üçün hərəsi 1,4 mln rubl ödəməli olublar.

Tətilin ümumi dəyəri, təxminən yeddi milyon rubl olub.

Məlumata görə, istirahətə gediş ərəfəsində məlum olub ki, onları aldadıblar. Polis məsələ ilə bağlı araşdırma apardıqdan sonra məlum olub ki, turizm agentliyinin direktoru 2022-ci ilin noyabr ayında ölkədən Polşa istiqamətinə qaçıb. Onu sonuncu dəfə Polşa-Rusiya sərhədindəki Mamonovo sərhəd-keçid məntəqəsində görüblər.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm