Üçaylıq şərti cəza aldı - Bu əmələ görə tarixdə ilk hökmdür
Bizi izləyin

Maraq dünyası

Üçaylıq şərti cəza aldı - Bu əmələ görə tarixdə ilk hökmdür

Hollandiyada cinsi əlaqə zamanı prezervativdən istifadə edilmədiyinə görə ilk dəfə hökm oxunub.

Publika.az “Yevropeyskaya Pravda”ya istinadən xəbər verir ki, Hollandiyanın Dordrext şəhərində məhkəmə 28 yaşlı kişini partnyorunun razılığı olmadan cinsi əlaqə zamanı qoruyucudan istifadə etməməkdə təqsirli bilib və ona ilk belə hökm olan üçaylıq şərti cəza verib.

Məhkəmə kişinin partnyorunun etibarından sui-istifadə etdiyini bildirərək, bu halın onun cinsi yolla ötürülən infeksiyaya yoluxmasına və ya hamilə qalmasına səbəb ola biləcəyinə qərar verib.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm