Maraq dünyası
Zukerberqin siyasəti “Meta”da mənəvi böhran yaratdı
“Meta” komandasının daxilində ixtisarlar fonunda şirkətin rəhbəri Mark Zukerberqə qarşı mənəvi böhran və etimadsızlıq artır.
Publika.az xəbər verir ki, bu barədə “Washington Post” əməkdaşların anonim açıqlamalarına istinadən yazıb.
Materialda qeyd edilir ki, şirkət əvvəllər də böhran dövrləri ilə üzləşib, lakin rəhbərlik həmişə öz gələcəyinə inamını qoruyub. Hazırda isə söhbət ixtisara düşən on minlərlə işçidən və qeyri-müəyyən perspektivlərdən gedir.
Şirkətin çətinlikləri arasında “meta kainat”a investisiyanın aşağı gəlirliliyi və IT sənayesinə mənfi təsiri qeyd edilib. Zukerberq şirkəti iqtisadi reallıqlara uyğunlaşdırmaq üçün işçilərini ixtisar etməklə xərcləri azaltmaq qərarına gəlib.
Daha əvvəl Zukerberq bildirib ki, korporasiya daxilində virtual və əlavə reallıq bölməsi 2023-cü ilin birinci rübündə 4 milyard dollar itirsə də, “meta kainat” layihəsi bağlanmayacaq.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO



































