Arktikanın dərinliklərindən gələn səslər: 500 metr dənizaltında 7 illik gizli dinləmə
Bizi izləyin

Maraq dünyası

Arktikanın dərinliklərindən gələn səslər: 500 metr dənizaltında 7 illik gizli dinləmə

Arktikanın dərinliklərindən gələn səslər: 500 metr dənizaltında 7 illik gizli dinləmə

Arktikada dənizin 500 metr dərinliyində yerləşdirilmiş hidrofon yeddi il ərzində fasiləsiz olaraq sualtı səsləri qeydə alıb. ABŞ-ın Los Alamos Milli Laboratoriyasının alimləri bu məlumatları təhlil edərək Arktikadakı sualtı akustik fonun il ərzində necə dəyişdiyini müəyyənləşdiriblər.

Publika.az xəbər verir ki, tədqiqatın nəticələri Amerika Akustik Cəmiyyətinin jurnalında dərc olunub.

Araşdırmada Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) okean səslərinin monitorinqi şəbəkəsinə daxil olan sensorlardan birinin məlumatlarından istifadə edilib.

Məlum olub ki, Arktikanın sualtı səs fonuna əsas təsir göstərən amillərdən biri dəniz buzudur. Qış aylarında hərəkət edən və deformasiyaya uğrayan buz güclü səslər yaradır. Yayda isə dalğaların səsi daha qabarıq eşidilir.

Bu mövsümi fərqlər qeyri-adi siqnalların aşkarlanmasını çətinləşdirə bilər. Alimlərin sözlərinə görə, hər hansı fərqli səsi müəyyən etmək üçün əvvəlcə həmin ərazidə normal akustik fonun necə olduğunu bilmək lazımdır.

Yeddiillik müşahidələr zamanı alimlər dəniz dibinin geoloji quruluşunu öyrənmək üçün aparılan seysmik kəşfiyyat işlərinin yaratdığı süni səsləri də müəyyən ediblər. Bundan başqa, hidrofonlar zəlzələ, partlayış və gəmilərin hərəkəti ilə bağlı səsləri də qeydə ala bilir.

Bu siqnalların mənbəyi sensordan xeyli uzaqda yerləşə bilər. Buna görə də səsin sadəcə güclənməsi onun səbəbini müəyyən etmək üçün kifayət etmir.

Alimlər bildirirlər ki, dəniz buzlarının sahəsinin azalması bəzi Arktika ərazilərini gəmiçilik və geoloji kəşfiyyat üçün daha əlçatan edir. Bu isə bölgədə insan fəaliyyətinin və texnogen səs-küyün artmasına səbəb ola bilər.

Tədqiqatçılara görə, yeddi illik müşahidələr bütün Arktikanın akustik mənzərəsini əks etdirmir. Lakin Berinq dənizi yaxınlığındakı bu ərazi üçün ətraflı müqayisə bazası yaradır və gələcəkdə qeyri-adi sualtı siqnalların müəyyən edilməsinə kömək edə bilər.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm