Maraq dünyası
Uşaqlarına elektrik skuteri alan onlarla valideyn məhkəmə qarşısına çıxarıldı
İsveçdə ilin əvvəlindən bəri ən azı 34 valideyn uşaqlarına sürət və mühərrik gücü ilə bağlı müəyyən edilmiş hədləri aşan elektrik skuterlərini idarə etməyə icazə verdiklərinə görə ittiham olunub.
Publika.az xəbər verir ki, İsveç qanunvericiliyinə əsasən, saatda 20 kilometrdən artıq sürətlə hərəkət edə bilən və mühərrik gücü 250 vatdan çox olan elektrik skuterləri velosiped kateqoriyasına aid edilmir, motorlu nəqliyyat vasitələri kimi təsnif olunur.
Valideynlər bu cür elektrik skuterlərini əksər hallarda 15 yaşına çatmamış uşaqları üçün alıblar. Polis yoxlamaları zamanı bəzi modellərin saatda 50–60 kilometr sürətlə hərəkət edə bildiyi müəyyənləşdirilib. Valideynlər əməllərini, əsasən, qaydaları bilməmələri və uşaqlarının dostlarında da belə elektrik skuterlərinin olması ilə izah ediblər.
Höteborq şəhərinin yol polisi əməkdaşlarının sözlərinə görə, problem getdikcə daha ciddi xarakter alır. Bəzi elektrik skuterləri saatda 70–100 kilometr sürət yığa bilir ki, bu da uşaqlar üçün xüsusilə təhlükəlidir.
Ötən il İsveçdə elektrik skuterlərinin iştirakı ilə baş verən hadisələr nəticəsində 7 nəfər həlak olub, 6624 nəfər xəsarət alıb. Zərərçəkənlərin sayı əvvəlki illə müqayisədə 38 faiz artıb. Uşaq və gənclər arasında xəsarət alanların sayında nəzərəçarpacaq artım qeydə alınıb.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü






















.jpg)















