Maraq dünyası
Timsah şiri boğmağa çalışdı: Son anda ölümdən xilas oldu - VİDEO
Cənubi Afrikada Sabie çayını keçən şir timsahın hücumundan son anda xilas olub.
Publika.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
İki yırtıcı arasındakı mübarizə kameraya düşüb. Görüntülərdə əvvəlcə gənc şirin suya diqqətlə baxdığı, daha sonra isə çayı keçməyə başladığı görünür. Bu zaman qəfil arxadan timsah peyda olaraq onun boynundan yapışmağa çalışıb. Lakin şir son anda çevik hərəkətlə hücumdan yayınmağı bacarıb.
Bundan sonra yırtıcı heyvan dayaz suya çıxaraq ərazidən uzaqlaşıb. Timsah isə onu təqib etməyə davam etməyib.
Videoya münasibət bildirən sosial şəbəkə istifadəçiləri şirin bəxtinin gətirdiyini yazıblar. Bəziləri isə zarafatla qeyd ediblər ki, şir həmin gün lotereya bileti almalı idi.
Müəllif: Adəm
-
ABŞ17:18Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi
-
Sosial15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır
-
Sosial14:21Bakıda baş redaktor həbs edildi - FOTO
-
Region12:54İranın üçdə biri qazsız qalıb: Nazir müavini ağır günlərin olacağını bildirdi
-
Elm və təhsil12:36Müəllimlərin orta aylıq maaşı açıqlandı
-
Elm və təhsil11:54Təhsilə 5 milyard ayrılır: Hansı sahələrə yönəldiləcək?
-
Əmlak10:57MİDA güzəştli mənzilləri satışa çıxarır






































