Kliçko Poroşenkonu devirməyə qərar verdi
Bizi izləyin

MDB

Kliçko Poroşenkonu devirməyə qərar verdi

Kiyevin meri Vitali Kliçko növbəti prezident seçkilərində iştirakı istisna etmir.

Publika.az xəbər verir ki, o, bu haqda “Ukrinform” informasiya agentliyinə açıqlamasında bildirib.

Ancaq şəhərin başçısı qeyd edib ki, əvvəlcə Kiyev sakinlərinə verilmiş vədləri yerinə yetirmək lazımdır.

“Mən seçkilərdə iştirak haqqında düşünürəm. Amma söz verdiklərimi sona çatdırmaq istəyirəm. Mən Kiyev sakinlərinin ümidlərini boşa çıxarmaq və öz siyasi ambisiyalarımı şəhər sakinlərinin maraqlarından üstün tutmaq istəmirəm. Mənim həyatımda prinsip var: verdiyim sözləri sona kimi yerinə yetirməliyəm”, - mer əlavə edib.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri 2019-cu ildə keçirilməlidir. Ekspertlər indiki prezident Pyotr Poroşenkonun qələbə imkanlarının aşağı olduğunu bildirirlər.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm