Mikroavtobus minik avtomobili ilə toqquşdu: 4 ölü, 2 yaralı
Bizi izləyin

MDB

Mikroavtobus minik avtomobili ilə toqquşdu: 4 ölü, 2 yaralı

Rusiya Federasiyasının Kabarda-Balkar respublikasında "Mercedes" markalı mikroavtobus "ВАЗ-2112" markalı minik avtomobili ilə toqquşub.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, qəza nəticəsində minik avtomobilinin sürücüsü və 3 sərnişini həlak olublar, mikroavtobusda olan iki nəfər isə ağır yaralanıb.

Qəzanın təfərrüatları araşdırılır. Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm