Rusiya post-sovet respublikaları... - Kreml “əbədi şans”ı İTİRİR
Bizi izləyin

MDB

Rusiya post-sovet respublikaları... - Kreml “əbədi şans”ı İTİRİR

“Rusiya öz ana dilini inkişaf etdirmək hüququnu qorumağa qərar verən keçmiş SSRİ ölkələrinin təşəbbüslərinə həmişə qarşı çıxacaq. Çünki, Moskva yaxşı anlayır ki, Kreml bu və ya digər ölkəyə təzyiqin heç bir alətinə malik deyil”.

Publika.az xəbər verir ki, bu haqda “Espresso” saytında jurnalist və politoloq Vitali Portnikov yazıb.

""Təhsil haqqında" qanuna düzəlişlər gələcəkdə dil gettosunun divarlarını dağıda bilər. Kreml buna niyə qarşıdır? Çünki, Kreml Baltikyanı ölkəsinə özünün çox zərərli təsirini qəti itirmək riski ilə qarşı-qarşıyadır. Rusdilli siyasətçilər elektoratdan məhrum olmağa risk edirlər. Rusdilli müəllimlərin bir çoxu axşam Moskva televiziyasına baxırlar və səhər uşaqların beyinlərinə yad şizofreniyanı yeridirlər”, - politoloq Latviyada təhsil haqqında qanuna edilən yeni düzəlişlərə Moskvanın reaksiyasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, əgər Latviya öz sakinlərinə 10-15 il əvvəl dövlət dilində təhsili tam təmin etsəydi, onda Avropa parlamentində rus dünyasını təbliq edən heç bir deputat sadəcə olmazdı.

“Rusiya itirmək riski ilə qarşı-qarşıyadır. Bu səbəbdən də maarifləndirici islahatlar keçmiş imperiyanın belə müqavimətinə səbəb olur. Axı, Regionlar Partiyası “rusdilli” və imperiya təsirinin partiyası idi. Elektoratın dil prinsipi üzrə bölündüyü müddətdə Rusiyanın öz təsirini gücləndirmək şansı həmişə olacaq”, - Portnikov izah edib.

Latviyada təhsil haqqında qanuna edilən yeni düzəlişlər məktəblərin tədricən dövlət dilinə tam keçidini nəzərdə tutur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm