Rusiya diplomatı: “Bu, məqsədyönlü zərbə idi”
Bizi izləyin

MDB

Rusiya diplomatı: “Bu, məqsədyönlü zərbə idi”

Qərbdə Rusiya diplomatlarının ixtisarı məqsədyönlü zərbədir.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçının müavini Aleksandr Qruşko “Valday” diskusiya klubunda çıxışı zamanı bildirb.

O, Rusiya diplomatlarının deportasiyasını “beynəlxalq münasibətlərdə faciə” adlandırıb. Diplomatın sözlərinə görə, beynəlxalq cəmiyyət ciddi çağırışla üzləşib, çünki beynəlxalq münasibətlərdə xüsusi rol oynayan sfera zərbəyə məruz qalıb.

“Bu, əsrlərdir formalaşan diplomatik mexanizmlərdir”, - Xarici İşlər Nazirliyinin başçının müavini qeyd edib.

Xatırladaq ki, Rusiya və Qərb arasında münasibətlər martın 4-də Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovnikı Sergey Skripal və onun qızı Yuliyanın İngiltərənin Solsberi şəhərində ticarət mərkəzində naməlum maddə ilə zəhərlənməsindən sonrav pisləşib. London Sergey Skripal və qızının zəhərlənməsində birbaşa Rusiyanı ittiham edib. Londonun iddiasına görə, ata və qızının zəhərləndiyi sinir-iflic maddəsi Rusiyada hazırlanıb.

Rusiya tərəfi bu məsələdə bütün ittihamları rədd edib və bildirib ki, belə maddənin hazırlanması proqramları nə SSRİ, Rusiyada mövcud olmayıb.

İddiaların Moskva tərəfindən rədd olunmasına baxmayaraq, “Skripal işi” ilə əlaqədar 24 ölkə Rusiya diplomatlarını deportasiya edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bundan sonra Rusiya diplomatlarını deportasiya edən ölkələrə qarşı adekvat addım atıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm