“Rusiya ilə 300 illik müharibə davam edəcək” – ŞOK PROQNOZ
Bizi izləyin

MDB

“Rusiya ilə 300 illik müharibə davam edəcək” – ŞOK PROQNOZ

Ukrayna və Rusiya arasında müharibə artıq 300 ildir davam edir.

Publika.az xəbər verir ki, bunu “112 Ukrayna” telekanalının efirində müvəqqəti işğal edilmiş ərazilər üzrə nazir müavini Yuri Qrimçak deyib.

Məmur vurğulayıb ki, Rusiya əvvəlki kimi Ukrayna ərazisində qeyri-stabillik yaratmağa çalışır. Qrimçak Rusiyanın 2014-cü ildə hazırladığı “Troya” əməliyyatını xatırladıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ölkə daxilində vəziyyəti gərginləşdirmək cəhdləri indi də olur. Kiyevdə, Odessada və Xarkovda. Amma Təhlükəsizlik Xidməti işləyir, hər şey normaldır”, – o bildirib.

Qrimçak qeyd edib ki, ölkələr arasında qarşıdurma Ukraynanın şərqində münaqişənin başa çatmasından sonra da davam edəcək: “Bu qarşıdurma Donbasın azad olunmasından sonra da bitməyəcək. Onsuz da müharibə davam edəcək. Müharibə 300 ildir gedir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm