Rusiya ən təhlükəli terror təşkilatını açıqladı
Bizi izləyin

MDB

Rusiya ən təhlükəli terror təşkilatını açıqladı

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Regional Terrorla Mübarizə Təşkilatı Hizb-ut Təhrir əl-İslami təşkilatına qarşı mübarizənin alqoritmini yaradacaq.

Axar.az xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin sədr müavini Sergey Smirnov deyib.

"Hizb-ut Təhrir əl-İslami hərəkətləri, təbliğatı baxımından bizə görə ən təhlükəli təşkilatdır. Bu səbəbdən onu ayrı tuturuq, ancaq bu,o demək deyil ki, digər terror təşkilatları ilə məşğul olmuruq", - Smirnov söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm