Putin 11 generalı işdən azad etdi
Bizi izləyin

MDB

Putin 11 generalı işdən azad etdi

Rusiya prezidenti Vladimir Putin 11 generalı tutduğu vəzifədən azad edib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" hökumətə istinadən xəbər yayıb.

Məlumata görə, vəzifədən azad olunanlar Daxili İşlər Nazirliyi, Federal İcra Xidməti, Fövqəladə Hallar Nazirliyi və İstintaq Komitəsinin generallarıdır.

Fərmanda vəzifələrə yeni təyinatların da adları açıqlanıb.

Kadr dəyişikliklərinin səbəbləri barədə hələlik məlumat verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm