Rusiyaya ABŞ-dan GÖZLƏNİLMƏZ ZƏRBƏ: "Rusiya heç vaxt dostumuz olmayacaq"
Bizi izləyin

MDB

Rusiyaya ABŞ-dan GÖZLƏNİLMƏZ ZƏRBƏ: "Rusiya heç vaxt dostumuz olmayacaq"

"Rusiya heç vaxt bizim dostumuz olmayacaq.

Publika.az xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib. O, bu ifadəni artıq ikinci dəfə işlədərək ABŞ-ın Rusiya yeni sanksiyalar tətbiq edəcəyinin xəbərini verib.

"Duke Universitetində" keçirilən konfransda jurnalistlərdən birinin sualını cavablandıran Nikki Heyli bildirib ki, Moskva ilə zaman-zaman birgə işlər görsək də, Rusiya heç vaxt bizim dostumuz ola bilməz: "Lazım olanda Moskva ilə diplomatik işlər görsək də, gərəkdiyində də şillələməyi bilirik. Əgər digər ölkələr kimi beynəlxalq cəmiyyətlə yaxşı anlaşıb yüksək səviyyədə "aktyorluq" etməyə qərar versələr, onlarla birlikdə çalışmaq istəyən çox ölkənin olduğunu görəcəklər. ABŞ-ın Rusiyaya daha nələr edəcəyini hələ görməmisiz"

ABŞ Rusiyanı bu ölkədə keçirilən seçkilərə müdaxilə etməkdə günahlandırıb və Skripal məsələsində Rusiyaya qarşı İngiltərənin yanında yer alıb. Qərb mətbuatının yazdığına görə, ABŞ bu həftə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm