Moskvadan Ankaraya TƏLƏB: “Afrini Dəməşqə qaytarın”
Bizi izləyin

MDB

Moskvadan Ankaraya TƏLƏB: “Afrini Dəməşqə qaytarın”

Afrində vəziyyətin normallaşdırılmasının ən sadə yolu onun Dəməşqin nəzarəti altına qaytarılmasıdır.

Publika.az xəbər verir ki, bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Afrina məsələsi aprelin 4-də Ankarada keçirilən Türkiyə-İran-Rusiya üçtərəfli sammitinin gedişatında müzakirə edilib.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan heç vaxt Afrini işğal etmək istədiklərini bildirməyib”, - o bildirib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatına başlayıb. Əməliyyatın 58-ci günündə Afrin şəhəri PKK/YPG terrorçularından təmizlənib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm