Lavrov: “Bu, Rusiya ilə uyğun danışıq dili deyil”
Bizi izləyin

MDB

Lavrov: “Bu, Rusiya ilə uyğun danışıq dili deyil”

Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Rusiya diplomatlarının deportasiyasını təxribat adlandırıb.

Publika.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Lavrov bu haqda xarici ölkələrdən deportasiya olunan Rusiya diplomatları ilə görüşdə bildirib.

“Tamamilə razılaşdırılmış bəhanə ilə 30 ölkədən 150 Rusiya diplomatının deportasiyası, əlbəttə ki, görünməmiş təxribatdır. Bunun BMT-nin nizamnaməsi, diplomatik əlaqələr haqqında Vyana Konvensiyası da daxil olmaqla, çoxsaylı beynəlxalq müqavilələr və beynəlxalq əməkdaşlıq məsələləri ilə heç bir əlaqəsi yoxdur”, - Lavrov deyib.

Onun sözlərinə görə, Rusiya müvafiq cavab verib:

“Biz heç vaxt ultimatumun qarşısında əyilməyəcəyik. Bu, Rusiya ilə uyğun danışıq dili deyil”.

Xatırladaq ki, martın 4-də İngiltərədə Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal və onun qızı Yuliya zəhərlənmişdi. London hadisəyə görə Moskvanı ittiham edib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm