RÜŞVƏTƏ GÖRƏ 13 universitet müəllimi saxlanıldı
Bizi izləyin

MDB

RÜŞVƏTƏ GÖRƏ 13 universitet müəllimi saxlanıldı

Rusiyanın Volqoqrad şəhərində özəl ali təhsil müəssisəsinin dekan və müəllimləri polis tərəfindən saxlanılıb.

Bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, bir neçə il müddətində şübhəli şəxslər tələbələrdən sessiya zamanı yaxşı qiymət qarşılığında pul alıblar. Axtarışdan sonra 13 nəfər saxlanılıb. Məlum olub ki, cinayət şəbəkələşməsinin təşkilatçısı hüquq fakültəsinin dekanıdır. İstintaq 100-ə yaxın cinayət epizodunu qeydə alıb.

Müəllimlərin evlərində axtarış zamanı bank kartları, qiymət kitabçaları və digər sənədlər götürülüb. Cinayət iştirakçılarını 7 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm