Rusiya ABŞ-ı HƏDƏLƏDİ: “Hərbi qulluqçularımız…”
Bizi izləyin

MDB

Rusiya ABŞ-ı HƏDƏLƏDİ: “Hərbi qulluqçularımız…”

ABŞ-ın Suriyaya mümkün zərbələri nəticəsində orada olan Rusiyanın hərbi qulluqçuları zərər görərsə, Rusiyanın cavabı təcili olacaq.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədrinin birinci müavini Yevgeni Serebrennikov bildirib.

“Rusiyanın Müdafiə Nazirliyinin rəhbərliyi də qeyd etdiyi kimi, Xmeymime və Tartusda Rusiya hərbi bazaları ciddi müdafiə altındadır. Bununla belə, ABŞ-ın zərbələri halında hərbi qulluqçularımızın həyatı təhlükə altına düşəcəyi halda, veriləcək cavabı hesablayırıq. Düşünürəm ki, ABŞ bunu anlayır və buna yol verməyəcək. Çünki, Rusiya Baş qərargahının rəhbəri bir neçə dəfə bildirib ki, bu halda, Rusiyanın cavabı təcili olacaq”, - senator deyib.

Qeyd edək ki, “The New York Times” qəzetinin Ağ Evdəki mənbələrə istinadən yazdığına görə, Donald Trampın məsləhətçiləri dövlət başçısına günün sonunda Suriyada bir neçə hədəfə sərt zərbələr seriyasını vurmağı məsləhət görürlər.

Məlumata görə, Amerika liderinin müzakirəsinə Suriya barəsində ölçülərin bir neçə variantı təqdim edilib. Nəşr qeyd edir ki, Tramp öz məsləhətçiləri ilə Suriyaya daha sərt zərbənin vurulması imkanını müzakirə edib. Bu zərbələr ötən il Xüms əyalətində hərbi aerodroma endirilən zərbələrdən daha sərt olmalıdır.

Raket zərbələri Duma şəhərində kimyəvi silahın güman edilən tətbiqinə cavab olmalıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm