Rusiya XİN Trampın TƏHDİDİNƏ CAVAB VERDİ
Bizi izləyin

MDB

Rusiya XİN Trampın TƏHDİDİNƏ CAVAB VERDİ

“Bu raketlər terrorçulara doğru uçmalıdır”.

“Report” Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova bildirib.

“Ağıllı raketlər qanuni hökumətlərə deyil, terrorçulara doğru uçmalıdır”, - deyə Nazirlik rəsmisi vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu gün “Tvitter” səhifəsində yazıb: “Rusiya Suriyaya atacağımız raketləri vuracağını vəd edib. Rusiya, hazır ol, raketlər gəlir”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Xatırladaq ki, aprelin 8-də müxalifət qüvvələrinin nəzarəti altında olan Şərqi Guta bölgəsindəki Duma rayonunda kimyəvi silahdan istifadə edilib. Kimyəvi hücum nəticəsində 75 nəfər ölüb, 1000-dən çox adam zəhərlənib. Zərərçəkənlərin çoxunun körpə və azyaşlı uşaqlar olduğu bildirilib.

ABŞ başda olmaqla Qərb dövlətləri bu cinayəti Bəşşar Əsəd rejiminin törətdiyini bəyan ediblər. Donald Tramp bu hava zərbəsinin cavabsız qalmayacağını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm