Putin və Tramp üçüncü ölkədə görüşə bilər
Bizi izləyin

MDB

Putin və Tramp üçüncü ölkədə görüşə bilər

Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Tramp ehtiyac yaranacağı halda, üçüncü ölkədə görüşə bilər.

Publika.az xəbər verir ki, bu haqda Rusiyadakı diplomatik mənbə “RİA-Novosti” agentliyinə bildirib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, liderlərin görüşünün heç bir konkret planı yoxdur.

Qeyd edək ki, martın sonunda Tramp Putinlə telefon söhbəti zamanı bildirib ki, problemli sualların sayı onların şəxsi görüşünə ehtiyacı diktə edir. Ağ Evdən bildiriblər ki, Amerika lideri danışıqların keçirilməsi üçün bir neçə mümkün yer təklif edib.

Ötən həftə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hələlik görüş haqqında hər hansı dəqiq razılıq yoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm