Rusiya kəşfiyyatı İŞİD-in DƏHŞƏTLİ PLANININ qarşısını aldı
Bizi izləyin

MDB

Rusiya kəşfiyyatı İŞİD-in DƏHŞƏTLİ PLANININ qarşısını aldı

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvada terror aktlarının qarşısını alıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, FTX İŞİD terror qruplaşmasının “yatan qrup”un dörd üzvünü saxlayıb.

“Bu qrup Yeni Urenqoy şəhərindən gəlib. Qrup Moskva regionunun ərazisində rezonans doğuracaq terror aktları seriyasını planlaşdırırdı”, - FTX-nin yaydığı məlumatda deyilir.

İdarədə bildirdilər ki, ekstremistlər koordinasiyanı “Telegram” messenceri vasitəsilə Suriyadan həyata keçirirdilər.

Xüsusi xidmət orqanları Yeni Urenqoyda əməliyyat keçirib. Nəticədə 20 nəfər saxlanılıb. Onlarda İŞİD-in təbliğat materialları aşkarlanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm