Tbilisidə parlament qarşısında kütləvi aksiya - Baş nazirin istefası tələb olunur - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

MDB

Tbilisidə parlament qarşısında kütləvi aksiya - Baş nazirin istefası tələb olunur - FOTO - (YENİLƏNDİ)

Gürcüstanda parlamentin binası qarşısında keçirilən aksiyada 2000 nəfərdən çox adam iştirak edir.

Publika.az xəbər verir ki, hazırda aksiya iştirakçılarının tələbi dəyişib. Günorta saatlarında baş prokurorun, cinayətin ört-basdır edilməsində şübhəli bilinən prokurorların istefası tələb olunurdusa, indi aksiya iştirakçıları baş nazir Georgi Kvirikaşvilin də istefasını tələb edirlər. Hakimiyyəti korrupsiyaya uğramaqda ittiham edən kütlə Bdzina İvanişvilinin də siyasətdən getməsini tələb edir.

***

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında kütləvi aksiya keçirilir.

Publika.az xəbər verir ki, aksiya iştirakçıları ötən ilin dekabrında Tbilisidə qətlə yetirilən iki məktəblinin qatillərinin cəzalandırılmasını tələb edirlər.

“Məni qətlə yetirmə” şüarlı aksiya öncə Baş prokurorluğun qarşısında Tbilisi şəhər məhkəməsinin yeniyetmələrin qətli ilə bağlı iş üzrə qərarından sonra keçirilib. Baş prokuror İrakli Şotadzenin istefasından sonra aksiya iştirakçıları parlamentin binası qarşısına doğru yürüş ediblər.

Aksiya iştirakçıları qətlə yetirilmiş yeniyetmələrdən birinin atası Zaza Saralidzeyə həmrəylik nümayiş etdiriblər. Onlar Tbilisi Apellyasiya Məhkəməsi, Gürcüstanın Ali Məhkəməsinin sədrləri və digər hakimlərin istefasını tələb edirlər.

Qeyd edək ki, ötən ilin dekabrın 1-də Tbilisinin 51 saylı məktəbinin şagirdləri 16 yaşlı David Saralidze və Levan Dadunaşvili Xorava küçəsində mübahisə zamanı ölümcül bıçaq yaraları alıblar. Polis insidentdə şübhəli bilinən 2 yeniyetməni saxlayıb. Tbilisi şəhər məhkəməsi bu gün təqsirləndirilən şəxsləri qismən təqsirli hesab edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm