Prezident kortecinin avtomobili yeniyetməni vurdu
Bizi izləyin

MDB

Prezident kortecinin avtomobili yeniyetməni vurdu

Ukrayna prezidenti Petr Poroşenkonun kortecinin avtomobili Kiyevdə nizamlanmayan piyada keçidində velosiped sürən yeniyetməni vurub.

Publika.az "Report"a istinadən xəbər verir ki, zərərçəkən xəstəxanaya yerləşdirilib.

13 yaşlı yeniyetməyə qapalı kəllə-beyin travması və ayaqların sınığı diaqnozu qoyulub. Öz növbəsində Ukrayna prezidenti administrasiyasından bildiriblər ki, avtomobil prezidentin kortecinə məxsus deyil.

Digər mənbə isə mətbu orqanlara bildirib ki, bu, əvvəl Poroşenkonun özünün getdiyi kortecin ön avtomobili olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm