Minsk Moskvanı TƏHDİD ETDİ: “İstənilən vaxt hazırıq"
Bizi izləyin

MDB

Minsk Moskvanı TƏHDİD ETDİ: “İstənilən vaxt hazırıq"

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya tərəfindən sərhədin bağlanacağı halda, sərhəddə nəzarət sistemini tətbiq etməyi təklif edib.

Publika.az BELTA agentliyinə istinadən xəbər verir ki, döbət başçısı bu haqda Brest vilayətində Divin” sərhəd zastavasında bildirib.

Dövlət Sərhəd Komitəsinin nümayəndələri ilə danışan Lukaşenko bildirib ki, Belarusda Rusiya ilə sərhəddə daimi bölmə yoxdur. Öz növbəsində, prezident Rusiya tərəfindən Federal Təhlükəsizlik Xidmətinin ştat bölmələrinin olduğunu deyib.

“Rusiyalıların özləri də anlamırlar ki, onlar Belarus-Rusiya sərhədində nə edirlər və nə istəyirlər. Biz istənilən vaxt müvafiq cavabı verməyə hazırıq. Əgər onlar sərhədi bağlamaq istəyirlərsə, buyurun, bağlayın. Biz də sərhəddə nəzarət sistemini tətbiq etməliyik”, - Lukaşenko qeyd edib.

Onun sözlərinə görə, sərhədlər keçmişin qalığıdır. Lukaşenko bildirib ki, məsələ iyunda Rusiya-Belarus İttifaq Dövlətinin Ali dövlət şurasında müzakirə ediləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm