• USD 1,7000 0,00% EUR 2,0142 +0,76%
    • GBP 2,2029 +0,28% RUB 0,0227 +0,44%

Putinin ÜÇ VARİANTI: Dağlıq Qarabağ... – Ukraynalı publisist Kremlin dəhşətli PLANINI AÇDI

  • MDB
  • 4 İyun 2018 11:39
  • 3 806 Baxış
Putinin ÜÇ VARİANTI: Dağlıq Qarabağ... – Ukraynalı publisist Kremlin dəhşətli PLANINI AÇDI

“Rusiya prezidenti Vladimir Putin üçün Donbasda üç variant var”.

Publika.az xəbər verir ki, bunu Ukraynanın “Apostrof” nəşrinə Ukrayna publisisti və jurnalisti Vitaliy Portnikov bildirib.

“Seçim Donbası vermək və ya verməmək, güllələmək və ya güllələməmək deyil. Bu, Donbas, Qarabağ və Dnestryanı arasında seçimdir. Donbas bugünkü variantdır. Bu, təmas xəttində daimi ciddi müharibədir. Qarabağ variantı son 23 ildə təmas xəttində Ermənistan və Azərbaycan arasında daimi hərbi münaqişələr, dinc insanların və əsgərlərin həlak olmasıdır. Bu münaqişə başa çatmır, yəni bu daimi qeyri-sabit vəziyyətdən çıxmaq qeyri-mümkündür. Üçüncü variant Dnestryanıdır. Yəni, Dnestryanıya həm Moskva tərəfindən nəzarət edilir, başqa tərəfdən Moldova ilə iqtisadi, hətta müəyyən sahədə bağlanıb. Bu xüsusi simbiozdur, amma bu halda heç kim Dnestryanı ərazini Moldovaya vermir. Putin bu üç variant arasında tərəddüd edəcək. Biz görürük ki, o indi Donbas variantını seçib”, - Portnikov qeyd edib.

Jurnalistin sözlərinə görə, siyasi burulğanlığı və iqtisadi situasiyanı nəzərə alaraq Ukrayna üçün ən əlverişli variant Qarabağdır. Publisist hesab edir ki, bu variantda insanların ölümləri, əhali üçün daimi faciələr, vaxtaşırı dağıntılar olsa da, dövləti saxlamağa imkan verir.

“Ən təhlükəli variant Dnestryanıdır. Çünki problem həll edilmir, amma sakitlikdir. Dnestryanı variantı rusiyayönlü güclərin Ukraynadakı triumfuna gedən yoludur. Yəni, Putin üçün Dnestryanı ən əlverişli variantdır, amma o, Donbas və ya Qarabağı seçəcək. O, simbiozu seçməyəcək, çünki o hesab edəcək k, onun üçün Ukraynada stabilliyi pozmaq daha yaxşıdır”, - o vurğulayıb.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR