Tbilisidə izdihamlı mitinq
Bizi izləyin

MDB

Tbilisidə izdihamlı mitinq

Gürcüstanın müxalifət partiyalarının təşkilatçılığı ilə Tbilisidə izdihamlı mitinq keçirilir.

Aksiyaya ötən ilin dekabrında Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş yeniyetmələrdən birinin atası Zaza Saralidze də qatılıb.

"Öldürmə!" devizi altında keçirlən aksiyada müxtəlif şüarlar səslənir, əsasən hökumətin istefası tələb olunur.

Övladı keçən il dekabrın 1-də Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş Zaza Salavidze bildirib ki, Baş nazir Georgi Kvirikaşvili ilə keçirdiyi görüşdə hökumət başçısı cinayət işinin yenidən araşdırılacağını bildirmişdi. Görüşdən on gün keçməsinə baxmayaraq, əsas günahkarlardan heç kim məsuliyyətə cəlb olunmayıb: "Ona görə də hesab edirik ki, bütün olanlardan indiki hakimiyyət günahkardır və istefaya getməlidir".

O, aksiya iştirakçıları qarşısında çıxış edərək, daxili işlər naziri Giorgi Qaxariya və ədliyyə naziri Tea Tsulukianinin istefasını tələb edib.

Hazırda parlamentin önündə 5 mindən çox insan toplaşıb. Rustaveli prospekti avtomobillərin hərəkəti üçün tam bağlanıb. Axşama doğru aksiya iştirakçılarının sayının bir neçə dəfə artacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm