Rusiya Liviyanın yolunu keçəcək - Amerika politoloqundan Qəddafi XATIRLATMASI
Bizi izləyin

MDB

Rusiya Liviyanın yolunu keçəcək - Amerika politoloqundan Qəddafi XATIRLATMASI

“Araşdırmanın final mərhələsindən söhbət getmir, amma sübutedici bazanın həcmi Rusiyanı məhkəməyə vermək üçün kifayət qədərdir”.

Publika.az xəbər verir ki, bunu2014-cü ilin 7 iyul tarixində Amsterdam-Kula Lumpur xətti üzrə uçan Malaziya Hava yollarına aid “Boinq” sərnişin təyyarəsinin qəzası ilə bağlı tədqiqatın nəticələrini şərh edən Amerika politoloqu Piter Zalmayev Ukraynanın “Obozrevatel” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, proses Haaqa Beynəlxalq Məhkəməsinə keçərsə, qəzanın qurbanlarının yaşadıqları ölkələr günahkar tərəf kimi Rusiyaya qarşı iddia irəli sürə bilərlər.

“Əlbəttə, məhkəmə prosesi uzun illər çəkəcək. Rusiya nəticədə Liviya lideri Müəmmər Qəddafinin keçdiyi yolu keçəcək. Liviya lideri Şotlandiyada vurulmuş “Boinq” üçün məsuliyyəti üzərinə götürməli oldu (1988-ci ildə Frankfurt-na-Mayndan Detroyta uçan “Boinq” 1988-ci ildə baqaj hissəsində qoyulmuş bombaya Şotlandiya üzərində partlamışdı. Faciədə iki liviyalı günahkar bilinmişdi. Liviyanın ondakı prezidenti Müəmmər Qəddafi yalnız 11 il sonra 1999-cu ildə bu faktı etiraf etdi -red). Əminəm ki, bu, Rusiya tərəfindən də qəbul ediləcək. Onlarda müdafiə üçün arqument yoxdur. Deyilən sözlər isə sağlamdüşüncəli müşahidəçilərin əksəriyyəti tərəfindən ciddi qəbul edilmir”, - politoloq deyib.

Qeyd edək ki, mayın 24-də Birgə İstintaq Qrupu təyyarəni vuran raketin Rusiya Silahlı Qüvvələrinə aid olduğunu bildirib. Qrup bildirib ki, hərbi texnikanın konvoyu Kursk ərazisində yerləşən 53-cü briqadanın bazasından iyunun sonunda yola düşüb. Onun tərkibində ən azı altı “Buk” zenit-raket kompleksi var idi. İstintaqın versiyasına görə, “Boinq” məhz bu komplekslərdən birindən buraxılan raketlə vurulmuşdu.

Rusiya istintaqın nəticələrini tanımaqdan imtina edib. Rusiya tərəfinin versiyasına görə, ölkəyə məxsus zenit-raket kompleksləri heç vaxt Ukrayna sərhədini keçməyib.

Xatırladaq ki, təyyarə qəzası nəticəsində 298 insan (283 sərnişin və 15 ekipaj üzvü) həyatını itirmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm