• USD 1,7000 0,00% EUR 2,0095 +0,14%
    • GBP 2,3585 +0,33% RUB 0,0231 0,00%

"Dona Pipo" ləqəbli avtoritet saxlanıldı

  • MDB
  • 17 İyun 2018 00:38
"Dona Pipo" ləqəbli avtoritet saxlanıldı

Ermənistanın Milli Təhlükəsizlik Xidməti şənbə günü "Dona Pipo" ləqəbli avtoritet Artur Asatryanın və 4 Rusiya vətəndaşının saxlanıldığını xəbər verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, onlar insan oğurluğunda şübhəli bilinirlər.

Xidmətin yaydığı məlumata görə, cinayət işi çərçivəsində kriminal avtoritetin evində və digər ərazilərdə aparılan axtarışlar zamanı silah-sursat aşkarlanıb. Asatryan 3 nəfərin oğurluğunda şübhəli bilinərək saxlanılıb.

O, habelə bir qrup şəxslə qabaqcadan əlbir olaraq, qanunsuz silah əldə etməkdə, saxlamaqda və digər cinayətlərdə ittiham edilir. Bu cinayətlərə görə, onu 8 ilə qədər həbs gözləyir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR