Sərnişin qatarı aşdı: 1 ölü, 3 yaralı - - VİDEO
Bizi izləyin

MDB

Sərnişin qatarı aşdı: 1 ölü, 3 yaralı - - VİDEO

Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə hallar üzrə komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulov bildirib ki, vaqonların relsdən çıxması nəticəsində 1 yeniyetmə həyatını itirib, 3 nəfər xəsarət alıb.

Sosial şəbəkələrdə yerləşdirilən videogörüntüdə sərnişinlərin vaqonların sınmış pəncərələrindən çıxdıqları görünür.

***

Qazaxıstanda sərnişin qatarı relsdən çıxaraq aşıb.

Publika.az xəbər verir ki, hadisə bu gün baş verib. Hadisə şahidləri sosial şəbəkədə ölənlərin olmadığını qeyd etsə də, rəsmi açıqlamalar verilməyib.

Qazaxıstan Daxili İşlər Nazirliyi sosial şəbəkədə paylaşılan informasiyalardan sonra məlumat yayıb.

Hazırda hadisə yerinə xilasedicilərin göndərildiyi bildirilib.

Xatırladaq ki, hadisə nəticəsində bir nəfər azyaşlının öldüyü iddia edilir.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm