• USD 1,7000 0,00% EUR 1,8813 +0,09%
    • GBP 2,2355 +0,04% RUB 0,0268 +0,37%

İşğal edilmiş ərazilər bu tarixdə qaytarılacaq – Tarixçidən PROQNOZ

  • MDB
  • 10 İyul 2018 08:00
  • 2 495 Baxış
İşğal edilmiş ərazilər bu tarixdə qaytarılacaq – Tarixçidən PROQNOZ

“Bu gün Donbasın azad edilməsi üzrə əməliyyat Ukraynaya lazım deyil. Kiyevə sərfəlidir ki, Rusiya işğal edilmiş əraziləri özündə saxlasın”.

Publika.az xəbər verir ki, belə fikirlə “ObozTV”nin efirində Ukrayna tarixçisi və bloggeri Aleksandr Paliy çıxış edib.

Onun sözlərinə görə, Donbas hazırda Rusiyanın ayaqlarında olan çəki daşıdır.

“Donbas yetişmiş armud kimi Ukraynanın əlinə düşməlidir. Onun üçün əsgərlərimizin qanını tökmək lazım deyil. Bizim üçün əhəmiyyətlidir ki, Rusiya Krım və Donbas macəralarına görə tükənsin. Donbasın işğal edilmiş ərazisində hazırda 2,5 milyon insan yaşayır. İnsanlar işləmirlər, əhalinin çoxu pensiyaçılar və terrorçulardır. Donbas Rusiya rejiminin dəyişməsi halında, yetişmiş armud kimi düşəcək. O gec-tez Ukraynaya qayıdacaq. Mən hələ heç bir Roma imperatorunu sağ görmədim, onların hamısı öldülər”, - o qeyd edib.

Donbasın azad olunacağı tarixə gəlincə, Paliy bildirib ki, söhbət onilliklər deyil, illərdən gedir.Tarixçi bunun yaxın 10 il ərzində baş verəcəyini düşünür.

Ömər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR