• USD 1,7000 0,00% EUR 1,8926 -0,34%
    • GBP 2,2757 -0,53% RUB 0,0271 0,00%

Rusiya bu diplomatları ölkədən qovacaq

  • MDB
  • 13 İyul 2018 18:56
Rusiya bu diplomatları ölkədən qovacaq

Yunanıstanın Rusiyadakı səfiri Andreas Friqanas həmin ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Publika.az xəbər verir ki, səfir 2 rusiyalı diplomatın deportasiya edilməsi və 2 diplomata da ölkəyə giriş qadağasının qoyulması ilə bağlı nazirliyə dəvət edilib.

Rusiyanın Afinadakı səfiri Viktor Yakovlefin də daxil olduğu rusiyalı diplomatların əlaeyhinə bəzi bələdiyyələrdə və rahiblərin qaldığı müqəddəs Atos dağında təsir imkanlarını genişləndirmək üçün fəaliyyət göstərmək və Yunanıstanın Balkan yarımdasında Makedoniya ilə olan ad probleminə müdaxilə etmək kimi ittihamlar irəli sürülüb.

Rusiyanın Xarici İşlər Nazirliyi 2 rus diplomatın qovulmasına eyni şəkildə cavab verəcəyini bildirib.

Zümrüd

Xəbər lenti

DAHA ÇOX XƏBƏR