Savçenko müddətsiz aclıq aksiyasına başladı
Bizi izləyin

MDB

Savçenko müddətsiz aclıq aksiyasına başladı

Ukrayna Ali Radasının üzvü Nadejda Savçenko həbs müddətinin sentyabr ayına kimi uzadılması ilə əlaqədar aclıq elan edib.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, Savçenko bu haqda Feysbuk səhifəsində yazıb.

“Nadejda Savçeko prokurorların və hakimlərin özbaşınalığına etiraz əlaməti olaraq müddətsiz aclıq elan etdi”, - o bildirib.

Qeyd edək ki, Ali Radanın üzvü Ukraynada terror aktlarına hazırlıqda şübhəli bilinərək həbs edilib. Baş prokurorluğun versiyasına görə, o, parlament və hökumət binasında terror aktlarını planlaşdırırdı.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm