• USD 1,7000 0,00% EUR 1,8841 +0,07%
    • GBP 2,2294 +0,92% RUB 0,0266 +0,38%

Krımın azad olunması üçün sabiq nazirdən təklif – SU TAKTİKASI

  • MDB
  • 14 İyul 2018 20:10
  • 691 Baxış
Krımın azad olunması üçün sabiq nazirdən təklif – SU TAKTİKASI

Ukraynanın keçmiş daxili işlər naziri Anatoli Mogilyov Kiyev hakimiyyətinə Krımı Dneprdən su ilə təchiz etməyi təklif edib.

Publika.az xəbər verir ki, Mogilyov bu haqda “112 Ukrayna” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu, yarımadanın reinteqrasiya olunmasında Kiyevə kömək edəcək. Mogilyov bildirib ki, kənardan su verilməsə, Krım quruyacaq, çünki yarımadanın şimal və mərkəzi hissəsində suyun böyük ehtiyatı yoxdur.

“Əgər biz hesab ediriksə ki, Krımda yaşayan vətəndaşlar Ukrayna vətəndaşlarıdır və Krımın sonrakı reinteqrasiyası haqqında danışırıqsa, onda orada yaşayan insanlar haqqında düşünmək lazımdır. Və biz anlayırıq ki, su insanın həyat təminatında ən əhəmiyyətli vasitədir. Orada quraqlıq illərdə faciə ola bilər, amma yalnız Dneprdən suyun verilməsi ilə Krımda vəziyyət düzəldilə bilər”,- sabiq nazir bildirib.

Sabiq nazir həmçinin Kiyevə Qara dənizə axıtmaqdansa, yarımadaya duzsuz su satmağı təklif edib.

Daha əvvəl Ukrayna Ali Radasının üzvü, Krım-Tatar Məclisinin liderlərindən biri Mustafa Cəmilov “Şimali Krım” kanalının bağlanması ilə əlaqədar Krımda real su problemlərin mövcudluğu haqqında danışıb. Kanal yarımadanın suya olan ehtiyacının 85 faizini təmin edirdi.

Keçmiş müdafiə naziri və “Vətəndaş təşəbbüsü” Partiyasının lideri Anadolu Qritsenko daha əvvəl Krım və Donbasın reinteqrasiyası üzrə Kiyevin “qeyri-rəsmi plan”ından danışıb. Onun sözlərinə görə, bu ssenari güc metodlarını nəzərdə tutmur. “Batkivşina” Partiyasının lideri və keçmiş baş nazir Yuliya Timoşenko bildirib ki, Krımın “qayıdışı”ı üçün ordunu möhkəmləndirmək və Rusiya, Ukrayna, ABŞ və Böyük Britaniya liderlərinin iştirakıyla Budapeşt formatında danışıqlar aparmaq lazımdır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR