.jpg)
Rusiya Stokholm arbitraj məhkəməsində “Naftoqaz” və “Qazprom” arasında mübahisənin nizama salınması halında Avropa İttifaqı ölkələrinə Ukraynanın ərazisi vasitəsilə təbii qazın tranziti üzrə müqaviləni uzatmağa hazırdır.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla birgə mətbuat konfransında bildirib.
Putin həmçinin, Trampı əmin edib ki, “Şimal axın-2” qaz kəmərinin işə salınması Ukrayna ərazisi vasitəsilə qazın tranzitinə təsir etməyəcək. Rusiya prezidentinin sözlərinə görə, nə Moskva, nə də Vaşinqton neft və qazın dünya bazarında sarsıntılarda maraqlı deyil.
Ömər Dağlı