Tacikistan Sarez gölünü satır - "Hər an faciə baş verə bilər"
Bizi izləyin

MDB

Tacikistan Sarez gölünü satır - "Hər an faciə baş verə bilər"

Tacikistan rəhbərliyi illərdir gündəmdə olan Sarez gölünün suyunu boşaltmağı təklif edib.

Publika.az xəbər verir ki, göl suyunun Orta Asiyada genişmiqyaslı sel faciəsinə səbəb olacağı bildirilib. Rəsmilər Tacikistanda yetərli qədər su qaynağı olduğunu deyərək, göl suyunu almaq istəyən ölkələrə fərqli təkliflər təqdim edəcəklərini deyiblər.

1911-ci ildə Pamir dağlarının təpəsində baş verən zəlzələdən sonra yaranan Sarez gölü daşarsa, qonşu ölkələr də təhlükə ilə üzləşə bilər. Hökumət rəsmiləri bu təhlükəni xatırladaraq, "Faciənin nə vaxt baş verəcəyini bilmirik. Bu gün, sabah və ya bir il sonra" deyiblər.

Uzunluğu 60, eni 3 kilometr və dərinliyi 500 metr olan Sarez Tacikistanın Murqab bölgəsindədir. Potensial təhlükə olan bölgədə təxminən 6 milyon insan yaşayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm