Rusiya dəniz sərhədlərini belə qoruyacaq: Putin TƏHDİD ETMİŞDİ - - VİDEO/FOTO
Bizi izləyin

MDB

Rusiya dəniz sərhədlərini belə qoruyacaq: Putin TƏHDİD ETMİŞDİ - - VİDEO/FOTO

Təxminən MİQ-31K qırıcısı Rusiyanın bütün dəniz sərhədlərini potensial rəqibin hərbi dəniz qruplaşmalarından bağlaya bilər.

Publika.az xəbər verir ki, bu haqda hərbi ekspert Aleksey Leonkov “RİA-Novosti” agentliyinə bildirib.

Ekspert izah edib ki, 10 MİQ-31K Baltika donanmasını gücləndirə bilərdi. “Xəncər” raketlərlə qırıcıların eyni miqdarı hazırda Qara dəniz istiqamətində döyüş növbəsi çəkir. Bundan başqa, ekspertin sözlərinə görə, Şimal və Sakit okean donanmaları üçün bundan 3-4 dəfə daha çox MİQ-32K qırıcısı lazım olacaq.

Leonkov xatırlatdı ki, həmçinin “Tu-22MZ” bombardmançılarının “Xəncər”lərlə təchiz edilməsi planlaşdırılır. Bu bombardmançılar dörd belə raketi daşıya bilər.

Qeyd edək ki, “Xəncər” yüksək dəqiqlikli aviasiya raket kompleksi haqqında ilk dəfə bu ilin martında Rusiya prezidenti Vladimir Putin məlumat verib. Kompleksin raketi səs sürətindən 10 dəfə daha sürətlə uçur. Məlumata görə, hava hücumundan müdafiə üzrə bütün mövcud və perspektivli sistemlərin heç biri onun qarşısını almaq iqtidarında deyil. Hazırda “Xəncər” kompleksinin tərkibinə MiQ-31K qırıcısı daxildir. Qırıcı yalnız bir hipersəsli raket daşıya bilir.

2018-ci ilin yazında 10 MİQ-31K Cənub hərbi dairəsində döyüş növbəsində yerini tutub. Açıq mənbələrdən alınan məlumata görə, Rusiya ordusunun silahlanmasında MİQ-31 qırıcısının 250-dən çox müxtəlif modifikasiyası var.

Daha əvvəl ABŞ kəşfiyyatının məruzələri ilə tanış mənbələrə istinadən CNBC telekanalı bildirib ki, Rusiyanın ən yeni “Xəncər” hipersəsli aviasiya-raket kompleksinin raketlərinin sınaqları müvəffəqiyyətlə keçir.

Telekanalın məlumatına görə, raketlər döyüş tətbiqinə artıq 2020-ci ilə kimi hazır ola bilər. Telekanal bildirir ki, “Xəncər”in üç əsl müvəffəqiyyətli sınağı keçirilib. Onlardan sonuncusu cari ayda olub. CNBC iddia edir ki, raket təxminən 800 kilometr məsafədəki hədəfi vurub.

Mənbələr bildirir ki, sınaqlar MİQ-31 qırıcısı ilə keçirilib. Onların məlumatlarına görə, hazırda, “Xəncər”in sınaqlarının strateji bombardmançılarda keçirilməsi üzrə hazırlıq işləri aparılır. CNBC qeyd edir ki, hazırda ABŞ “Xəncər”dən müdafiə vasitələrinə malik deyil.

Daha əvvəl Rusiyanın müdafiə-sənaye kompleksindəki mənbə TASS agentliyinə bildirib ki, “Xəncər” kompleksinin hipersəsli raketləri Tu-22M3 uzaq bombardmançıda sınaqdan keçiriləcək.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm