• USD 1,7000 0,00% EUR 1,8813 +0,09%
    • GBP 2,2355 +0,04% RUB 0,0268 +0,37%

“Qiyamət günü”nün silahı hazırdır – Moskvadan ƏZƏLƏ NÜMAYİŞİ - FOTO/VİDEO

  • MDB
  • 19 İyul 2018 12:42
  • 878 Baxış
“Qiyamət günü”nün silahı hazırdır – Moskvadan ƏZƏLƏ NÜMAYİŞİ

Rusiyada “Poseydon” pilotsuz dronunun sınaqları son mərhələyə yaxınlaşıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Silahlı Qüvvələrinin Baş qərargah başçısının məsləhətçilər qrupunun aparıcı analitiki İqor Kasatonov bildirib.

Kasatonovun sözlərinə görə, “Poseydon”un texniki xarakteristikaları sualtı dronu rəqib üçün əlçatmaz edir.

“Poseydon” sualtı aparatının texniki parametrləri onun möhkəmliyini təsdiq edir. Sualtı dron böyük dərinliyə enməsi, yüksək sürəti, həmçinin rəqib üçün gözlənilməz hərəkətin marşrutu ilə seçilir”, - o bildirib.

Öz növbəsində, Rusiyanın Müdafiə Nazirliyindən bildirilib ki, “Poseydon” okean sularının istənilən istiqamətlərində ehtimal edilən rəqibin təyyarədaşıyan və gəmi zərbəçi qrupları ilə mübarizə aparmağa, qitələrarası uzaqlıqda rəqibin sahil infrastrukturunun obyektlərini vurmağa imkan verəcək.

“2017-ci ilin dekabrında “Poseydon” pilotsuz sualtı aparat sisteminin təchizatı üçün nüvə enerji qurğusunun sınaqları uğurla başa çatdı. Bu hadisə təqdim olunan xarakteristikalara sahib pilotsuz sualtı aparatın yaradılması layihəsinin mümkünlüyünü təsdiqlədi”, - Nazirlikdən bildirilib.

Daha əvvəl Rusiyanın müdafiə sənayesi kompleksindən olan mənbələr məlumat yayıb ki, “Poseydon” sualtı pilotsuz aparatları 2027-ci ilədək Rusiya Hərbi Dəniz Donanmasının silahlanmasına qəbul ediləcək.

““Poseydon” aparatları 2027-ci ilədək dövlət silahlanması proqramına daxildir və proqramın bitməsinədək döyüş heyətinə daxil edilməlidir. Onun tərkibinə bir neçə sürətli dərinlik torpedası daxildir. Bu torpedalar kiçik ölçülü nüvə enerjisi qurğuları ilə təchiz edilib”, - deyə məlumatda bildirilirdi.

Həmçinin qeyd edilir ki, onların daşıycısının “Sevmaş”da olan atom sualtı gəmisinin olması nəzərdə tutulub.

“Poseydon” nüvə başlıqları ilə təchiz oluna bilər.

Məlumata əsasən, çoxməqsədli “Poseydon” dəniz sisteminin torpedosuna maksimal gücü trotil ekvivalentində iki meqatona qədər olan müxtəlif nüvə başlıqları quraşdırmaq olur.

Mənbə bildirib ki, nüvə başlıqla təchiz olunduqda aparatın təyinatı ilk növbədə potensial düşmənin hərbi dəniz istehkamlarını məhv etmək olacaq. Onun təbirincə, atom enerji qurğusu hesabına “Poseydon” qitələrarası məsafədə bir kilometrdən çox dərinlikdə 110-130 km saat sürətlə hərəkət edə biləcək.

“Poseydon” pilotsuz sualtı aparatının hazırlanması ilə bağlı ilk xəbər 2015-ci ilin noyabr ayında yayılıb. 2018-ci ilin mart ayında Rusiya prezidenti Vladimir Putin belə bir silahın mövcudluğunu təsdiq edib.

Ömər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR