• USD 1,7000 0,00% EUR 1,8883 0,00%
    • GBP 2,2364 0,00% RUB 0,0267 0,00%

Rusiya Ukraynaya yeni ZƏRBƏ HAZIRLAYIR - Şok TƏFƏRRÜAT

  • MDB
  • 19 İyul 2018 14:34
  • 1 438 Baxış
Rusiya Ukraynaya yeni ZƏRBƏ HAZIRLAYIR - Şok TƏFƏRRÜAT

Rusiya hökuməti Ukrayna barəsində yeni sanksiyaların tətbiqinə hazırlaşır.

Publika.az xəbər verir ki, “Kommersant” nəşrinin öz mənbələrinə istinadən yazdığına görə, bir neçə yüz fiziki və hüquqi şəxs sanksiyalara məruz qalacaq.

Xüsusi halda, biznesmenlər, siyasətçilər və dövlət qulluqçularına qarşı sanksiyaların tətbiqi nəzərdə tutulur. Bundan başqa, onların Rusiyadakı aktivləri dondurulacaq və kapitalın çıxardılması mümkün olmayacaq.

Ukrayna barəsində sanksiyaların tətbiqi Rusiya prezidenti Vladimir Putinin iyunun 4-də imzaladığı fərmana uyğun olacaq.

Hüquqi şəxslərin siyahısının tərtib edilməsinə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Kən Təsərrüfatı Nazirliyi cavabdehdir. Bu nazirliklər avqustun 1-nə kimi Ukraynadan idxal edilən mallar üzrə (görə) təkliflərini hökumətə və prezidentə təqdim etməlidirlər.

Hökumətdəki mənbə həmçinin nəşrə danışıb ki, Ukraynanın fiziki və hüquqi şəxsləri barəsində sanksiyaların tətbiqi haqqında məsələ 2014-cü ildən gündəlikdə idi. Sanksiyaların ən sürətli qəbulu üçün güc blokunun nümayəndələri çıxış edirdilər, amma bu cür məhdudlaşdırıcı ölçülərin ehtiyat üçün təxirə salınmasına qərar verilmişdi.

Xatırladaq ki, iyunun 22-də Ukrayna Rusiyaya qarşı sanksiyaları genişləndirib. Xüsusi halda, sanksiyaların siyahısına siyasi partiyalar, o cümlədən Putinin lideri olduğu “Vahid Rusiya” Partiyası daxil edilib.

Ömər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR