Putin NATO-nu TƏHDİD ETDİ: “Sabitliyin açarı budur”
Bizi izləyin

MDB

Putin NATO-nu TƏHDİD ETDİ: “Sabitliyin açarı budur”

Rusiya ölkəni hədələyən təcavüzkar hərəkətlərə müvafiq reaksiya verəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu sözləri prezident Vladimir Putin Rusiya diplomatları ilə görüşündə deyib.

“Avropada təhlükəsizliyin təmin olunması və sabitliyin açarı əməkdaşlığı genişləndirmək və etibarı bərpa etməkdir, Rusiya sərhədlərində NATO-nun hərbi infrastrukturu və bazaların genişləndirilməsi deyil. Halbuki, indi məhz bunlar baş verir. Rusiya belə təcavüzkar addımlara və birbaşa təhdidə müvafiq reaksiya verəcək”, - Putin bildirib.

Rusiya lideri əlavə edib ki, ölkəsi bərabərhüquqlu və qarşılıqlı sərfəli əsaslarla ABŞ-la əlaqələrin inkişafına hazırdır.

“Bu, yalnız iki ölkənin xalqlarına deyil, həm də bütün dünyaya lazımdır. Biz ən böyük nüvə dövlətləri olaraq dünyada strateji sabitlik və təhlükəsizliyin təminatı üçün xüsusi məsuliyyət daşıyırıq”, - prezident vurğulayıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm