Rusiyada ZƏLZƏLƏ - Putinin öyündüyü silahların sirrini QƏRB ƏLƏ KEÇİRDİ
Bizi izləyin

MDB

Rusiyada ZƏLZƏLƏ - Putinin öyündüyü silahların sirrini QƏRB ƏLƏ KEÇİRDİ

Rusiya Federal Təhlükəsizlik Xidməti Qərb xüsusi xidmət orqanlarının ən yeni Rusiya silahları haqqında məlumatları əldə etdiyini müəyyən edib.

Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, Rusiyanın hipersəsli silahı haqqında məlumatlar Qərb xüsusi xidmət orqanlarına ötürülürdü.

Artıq cinayət işi qaldırılıb. Hüquq-mühafizə orqanları Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutunda axtarışlar aparırlar.

“Kommersant”ın yazdığına görə, məlumatların itkisi Birləşmiş Raket-kosmik Korporasiyanın əməkdaşı ilə bağlı ola bilər. Bu, qurumun analitik mərkəzinin direktoru Dmitri Paysondur.

“Müəyyən edilib ki, məlumatların itkisi Dmitri Paysonla sıx əlaqədə olan Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutunun əməkdaşlarından qaynaqlanır. İnstitutda onun kabinetində axtarışlar aparılır”, - nəşrin həmsöhbəti deyib.

“Roskosmos”un mətbuat xidmətinin rəhbəri Vladimir Ustimenko axtarışlar haqqında informasiyanı təsdiq edib.

“Roskosmos”un baş direktoru Dmitri Roqozin təhlükəsizlik xidmətimizə istintaq orqanlarına maksimal dəstək göstərilməsi barədə göstəriş verdi”, - o deyib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bu il martın 1-də Federasiya Şurasına illik müraciətində Rusiya silahlarının ən yeni nümunələrini, o cümlədən hipersəsli silahı nümayiş etdirib. O vurğuladı ki, təqdim edilmiş silahlar dünyada analoqlara malik deyil və “istənilən təcavüzkarı ayıltmağa” hazırdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Putin, “Xəncər” hipersəsli aviasiya-raket kompleksinin yaradıldığını elan edib və bu sistemin sınağının keçirilmə kadrları təqdim edilib. Onun sözlərinə görə, daşıyıcı təyyarələrin xüsusiyyətləri raketi dəqiqələr ərzində atış nöqtəsinə çatdırmağa imkan verir. Hipersəslə (səs sürətini on dəfə keçir) uçan raket trayektoriyanın bütün sahələrində manevr həyata keçirə bilər.

Putinin danışdığı digər hipersəsli silahdan biri də perspektivli strateji raket kompleksi olan “Avanqard”dır. Putinin sözlərinə görə, raket uğurla sınaqdan keçirilib və Rusiya sənayesi onun seriya buxarılışlarına başlayıb. Rusiya prezidenti əlavə edib ki, bu raketlər atmosferin sıx qatlarında hipersəsli sürətlə qitələrarası məsafəni qət edə bilər.

“Avanqard”ın qanadlı bloku trayektoriyadan 1000 kilometr ayrılaraq manevr həyata keçirmək qabiliyyətinə malikdir ki, bu da onu istənilən növ raket əleyhinə sistemlər üçün görünməz edir. Putin deyib ki, zərbə bloku hədəfə “meteorit, yanan şar” kimi uçur.

Ekspertlərin fikrincə, Rusiyada hipersəsli silahın meydana çıxması ABŞ-ın bütün hava hücumundan müdafiə sistemini faydasız edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm