Ukrayna reaktiv odsaçanların istehsalına başladı
Bizi izləyin

MDB

Ukrayna reaktiv odsaçanların istehsalına başladı

Ukraynanın “Ukroboronprom” dövlət konserni “RPV-16” reaktiv piyada odsaçanlarının istehsalına başlayıb.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda müəssisənin mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd edilir ki, odsaçan xüsusi termobarik qarışıqlı reaktiv qumbara ilə təchiz edilib.

“RPV-16” reaktiv piyada odsaçanın 93 millimetr kalibrli atəşinin fuqas hərəkəti böyük kalibrli artilleriya mərmisinə ekvivalentdir. Bu odsaçan hətta güclü sığınacaqlarda gizlənən rəqibin canlı qüvvəsini məhv etməyə qadirdir”, - xəbərdə deyilir.

Həmçinin bildirilir ki, odsaçanlar qəbul-təhvil sınaqlarını müvəffəqiyyətlə keçib və yaxın vaxtlarda Ukraynanın Silahlı qüvvələrinə daxil ediləcək.

Daha əvvəl verilən xəbərə görə, Ukraynanın “İmpuls” zavodunda NATO standartları üzrə qumbaraatanlar üçün döyüş sursatlarının istehsalı başlanıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm