Rusiyadan Qərbi QORXUDAN AÇIQLAMA: “70 hərbi hissə, 5 min texnika və...”
Bizi izləyin

MDB

Rusiyadan Qərbi QORXUDAN AÇIQLAMA: “70 hərbi hissə, 5 min texnika və...”

Rusiyanın Silahlı qüvvələrinin Qərb hərbi dairəsində 2016-cı ildən 70-dən çox birləşmə və hərbi hissə formalaşdırılıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, qərb strateji istiqamətində mövcud vəziyyət qoşunların döyüş tərkibinin fasiləsiz təkmilləşdirilməsini tələb edir. Nazir qeyd edib ki, yeni hərbi hissələrin yerləşdirilməsi üçün lazımı infrastruktur yaradılır. İlin sonuna kimi 350-dən çox obyektin işə salınması planlaşdırılır.

Şoyqu həmçinin deyib ki, Qərb hərbi dairəsinin silahlanmasına yeni və müasir texnikanın təxminən beş min vahidi qəbul edilib. Onun sözlərinə görə, bu, hərbi dairənin arsenalında olan müasir avadanlıq və silahlarının payının 39 faizdən 54 faizə qədər artırmağa imkan verib.

Müdafiə naziri qeyd edib ki, ötən müddət ərzində Qərb hərbi dairəsində 350-dən çox qəfil döyüş hazırlığı üzrə yoxlama keçirilib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm