• USD 1,7000 0,00% EUR 1,8796 -0,46%
    • GBP 2,2347 -0,08% RUB 0,0267 0,00%

“İşğal edilmiş ərazilər...” - Putinin planı RƏDD EDİLDİ

  • MDB
  • 25 İyul 2018 09:03
  • 2 783 Baxış
“İşğal edilmiş ərazilər...” - Putinin planı RƏDD EDİLDİ

ABŞ-ın Dövlət Departamentinin Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kurt Volker Donbasda referendum üzrə Birləşmiş Ştatların xarici siyasət idarəsinin mövqeyini açıqlayıb.

Publika.az xəbər verir ki, diplomat Ağ Ev administrasiyasının Donbasda referendumun qeyri-mümkünlüyünü artıq təsdiq etdiyini bildirib.

“Ağ Ev artıq bəyanat verdi və bu təklifi rədd etdi”, - Volker “112 Ukrayna” telekanalına müsahibəsində deyib.

Kurt Volker hesab edir ki, Donbasda insanlar Ukraynanın nəzarəti altında olmadan təhlükəli vəziyyətdə yaşayırlar və hərəkət azadlıqları yoxdur:

“İnsanların çox çıxıb gedib. Bu şərtlərdə heç bir referendum qanuni ola bilməz”.

Bundan başqa, Volker növbəti dəfə bildirib ki, ABŞ Ukraynanın şərqində və Krımda vəziyyət üzrə mövqeyini dəyişdirməyib. Onun sözlərinə görə, bunlar Vaşinqton üçün prinsipial məsələsidir.

Xatırladaq ki, “Blomberg” agentliyinin ötən həftə mənbələrə istinadən yazdığına görə, Rusiya prezidenti Vladimir Putin iyulun 16-da Helsinkidə amerikalı həmkarı Donald Trampla görüşündə Ukraynanın Donbas bölgəsində referendum keçirməyi təklif edib. Agentliyin yazdığına görə, Kremldə hesab edirlər ki, “respublikalar”ın sakinləri öz ərazilərinin statusu haqqında fikrini bildirmək imkanı əldə etməlidirlər. Bildirilirdi ki, Rusiya və ABŞ-ın liderləri bu planı hələ açıq səsləndirməmək barədə razılaşıblar. Məqsəd təklifi daha ətraflı öyrənməkdir.

Vladimir Putinin təklifini şərh edən Ukraynanın Xarici İşlər Nazirliyinin başçısı Pavel Klimkin deyib ki, belə addım siyasi və hüquq nöqteyi-nəzərindən qeyri-mümkündür. Ukraynalı nazir qeyd edib ki, Donbasda referendumun keçirilməsi barədə ideyanı Ukraynanın dağıdılması üzrə məşq adlandırıb.

Qeyd edək ki, Ukraynada 2014-cü ilin əvvəlində hakimiyyət dəyişikliyindən sonra – aprel ayında Rusiyanın dəstəklədiyi separatçı qüvvələrlə Ukrayna Silahlı qüvvələri arasında döyüşlər başlanıb. Nəticədə Luqansk və Donetsk vilayətlərinin bir hissəsi Kiyevin nəzarətindən çıxıb. Kiyev və Qərb Rusiya qoşunlarının Donbasda olduğunu, Ukrayna ərazilərinin faktiki Rusiyanın işğalı altında olduğunu bildirir. Moskva isə münaqişə tərəfi olmadığını, problemin Kiyevlə separatçı qurumlar arasında həll edilməli olduğunu bildirir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR