Qalisiya adlı yeni dövlət yaradılacaq – Moskvanın 30 il gözlədiyi PLAN AÇIQLANDI - - VİDEO
Bizi izləyin

MDB

Qalisiya adlı yeni dövlət yaradılacaq – Moskvanın 30 il gözlədiyi PLAN AÇIQLANDI - - VİDEO

Rusiyanın Dövlət Dumasının deputatı, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Ukrayna ilə bağlı növbəti hədələyici bəyanatla çıxış edib.

Publika.az xəbər verir ki, siyasətçi özünün gülünc təxminləri “Rossiya 1” telekanalının efirində “60 dəqiqə” proqramının efirində səsləndirib.

Onun sözlərinə görə, Rusiya Ukraynanın mövcudluğunu dayandıra bilər. Siyasətçi qeyd edib ki, Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov və Baş qərargahın başçısı Valeriy Gerasimovun qərb paytaxtlarına səfərləri də onlara bu planı çatdırmaq məqsədi daşıyır.

“Niyə iki nazir? Lavrov təklif edir: “Gəlin Minsk razılaşmalarını reallaşdıraq”. Amma hamı anlayır ki, bu, mümkün deyil. Yəni, nazir-diplomat artıq özü bacarmır. Buna görə də artıq generallar danışmağa başlayırlar. Və generallar almanlara, fransızlara və bütün qalanlara deyir: “Əgər Ukrayna istənilən nizama salınma üçün Silahlı qüvvələrindən istifadə etməyə cürət edərsə, onda Ukrayna olmayacaq!” – Jirinivski proqnozuna tamaşaçını inandırmağa çalışıb.

Bundan sonra Jirinovski Ukraynanın bölünməsi üzrə öz qeyri-adekvat ssenarisini səsləndirib. Partiya sədri qeyd edib ki, Ukrayna ərazilərinin çox hissəsi Rusiyaya verilməlidir. Qalmaqallı siyasətçi vurğulayıb ki, sözügedən planının reallaşdırılmasını Rusiya hələ SSRİ-nin dağılması anından gözləyir.

“Lvov Qalisiya adlı yeni dövlətin paytaxtı olacaq. Lutsk, Rivne, Ternopol və İvano-Frankovsk Qalisiyanın tərkibində olacaq. Bütün qalanları “"Novorossiya”ya, Rusiyaya qayıdacaq. Və heç kim ağzını açmayacaq, heç kəs qarşı çıxmayacaq. Biz 30 il, 1991-ci ildən gözləyirik, 2014-cü ildən gözləyirik. İndi generallar deyirlər: “Əgər diplomatlar razılaşmasa, rus ordusu hər şey edəcək!” Və hamının boğazını tıxayacağıq, birdəfəlik və həmişəlik!” – Jirinovski yekunlaşdırıb.

Jirinovski daha əvvəl rusdilli əhalisinin müdafiəsi məqsədi ilə Ukraynanı tammiqyaslı müdaxiləylə hədələyib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm