Putin şərh verməkdən imtina etdi: “Bu, həssas və incə məsələdir”
Bizi izləyin

MDB

Putin şərh verməkdən imtina etdi: “Bu, həssas və incə məsələdir”

Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donbas bölgəsində referendumun keçirilməsi ideyasını şərh etməkdən imtina edib.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, Putin referendum məsələsini “həssas” adlandırıb.

“Mən hələ ki şərh verməkdən çəkinəcəyəm. Bu, əlavə araşdırma tələb edən çox incə və həssas məsələdir”, - Rusiya lideri CAR-a səfərin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Xatırladaq ki, “Blomberg” agentliyinin ötən həftə mənbələrə istinadən yazdığına görə, Rusiya prezidenti Vladimir Putin iyulun 16-da Helsinkidə amerikalı həmkarı Donald Trampla görüşündə Ukraynanın Donbas bölgəsində referendum keçirməyi təklif edib. Agentliyin yazdığına görə, Kremldə hesab edirlər ki, “respublikalar”ın sakinləri öz ərazilərinin statusu haqqında fikrini bildirmək imkanı əldə etməlidirlər. Bildirilirdi ki, Rusiya və ABŞ-ın liderləri bu planı hələ açıq səsləndirməmək barədə razılaşıblar. Məqsəd təklifi daha ətraflı öyrənməkdir.

KİV-in məlumatına görə, Ağ Evdə referendum ideyasını dəstəkləmirlər.

Vladimir Putinin təklifini şərh edən Ukraynanın Xarici İşlər Nazirliyinin başçısı Pavel Klimkin deyib ki, belə addım siyasi və hüquq nöqteyi-nəzərindən qeyri-mümkündür. Ukraynalı nazir Donbasda referendumun keçirilməsi barədə ideyanı Ukraynanın dağıdılması üzrə məşq adlandırıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm